İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı, həbs səbəbindən danışdı (AÇIQLAMA)

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı, həbs səbəbindən danışdı (AÇIQLAMA) Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.

Asiya.az-ın Ölkə.Az-a istinadən məlumatına görə o, bir neçə saat öncə azad edilib. Nadirov saytımıza açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:

"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.

Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra həyat yoldaşı Arifə Nadirova açıqlamasında bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.

Oxşar xəbərlər