2 gün öncə şəhidin şəklini paylaşdı, bu gün özü şəhid oldu (FOTOLAR)

2 gün öncə şəhidin şəklini paylaşdı, bu gün özü şəhid oldu (FOTOLAR) Bu gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fizuli Salahov ölümündən 2 gün öncə şəhid Çingiz Qurbanovun şəklini paylaşıb.

Asiya.az axar.az-a istinadən xəbər verir ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. İki uşaq atası olan F.Salahov sosial şəbəkədəki səhifəsindən şəhidlərlə bağlı fotolar paylaşıb.

Şəhidin son paylaşımı 12 dekabr tarixində olub. O, ötən ilin 29 dekabr tarixində şəhid olan Milli Qəhrəman Çingiz Qurbanovun şəklini paylaşıb.

Oxşar xəbərlər