Məşhur Azərbaycanlı idmançının qardaşı həbs edildi - Avtomobillərdən oğurluq edirmiş

Məşhur Azərbaycanlı idmançının qardaşı həbs edildi - Avtomobillərdən oğurluq edirmiş
  • Hadisə

  • Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub.

    Asiya.az "Report”a istinadla xəbər verir ki, E.İsmayılov oğurluqda şübhəli bilinir.

    Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun "Audi" markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 "Audi” və 1 "Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.

    Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.

    Qeyd edək ki, 42 yaşlı Əli İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.
    PAYLAŞ:

    Oxşar xəbərlər