Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR

Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
  • Olay

  • Bakıda sərnişin avtobusu aşıb.

    Asiya.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

    Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

    Yaralıların əksəriyyəti qadındır. Yaralıların 2-si uşaqdır. Hadisə nəticəsində ölən olmayıb.

    Zığ şosesində baş vermiş qəza zamanı xəsarət alan şəxslər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Yaralıların adları aşağıdakı kimidir:

    1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü

    2. Teymurova Afət Seyfəddin qızı, 1974

    3. Cəfərova Sevda Müəllim qızı, 1961

    4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,

    5. Qurbanova Mətanət Əzim qızı, 1960

    6. Həsənov Taleh Fuad oğlu, 1998

    7. Savgin Vasili Aleksandr oğlu, 1975

    8. Hüseynli Müşfiq Hicran oğlu, 1998

    9. Babayeva Tahirə İlyas qızı, 1936

    10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959

    11. Yedyayeva İrina Valeri qızı , 1975

    12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981

    13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003

    14. Məmmədli Aygül Vüqar qızı, 2002

    15. Namazov Sədi Qəhrəman oğlu, 1938

    Bakı Nəqliyyat Agentliyi paytaxtda 15 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, yayəlan məlumata görə, yanvarın 6-sı saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "99-XM-581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

    Hazırda hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

    "Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

    Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq", - deyə məlumatda bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    Bakıda sərnişin avtobusu aşıb: 15 yaralının adları - SİYAHI- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər