Asiya.az xəbər verir ki, bu barədə "AzPolitika.info”ya təhsil sektorundakı mənbədən məlumat verilib.
Məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
Onun tutduğu vəzifədən öz ərizəsi əsasında uzaqlaşdırıldığı bildirilsə də, belə hesab olunurdu ki, M.Məmmədova əslində qardaşı Ziya Məmmədova siyasi hakimiyyətin neqativ münasibətinə görə direktor vəzifəsindən kənarlaşdırılıb. Lakin belə görünür ki, M.Məmmədova həqiqətən də daha yüksək vəzifə əldə etmək üçün əvvəlki işindən imtina edib.