Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib

Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib
  • Hadisə

  • Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

    İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı hələ ki, saxlanılan yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər