Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlı məhkəmə qarşısında

Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlı məhkəmə qarşısında
  • Hadisə

  • Rusiyanın Xabarovsk vilayət məhkəməsində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.

    Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.

    Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

    Törətdiyi cinayətə görə təqsirləndirilən A.Allahverənov ömürlük həbs cəzası ala bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər