Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
  • Siyasət / Manşet

  • Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

    Asiya.az xəbər verir ki, modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, “Azad iqtisadi zonalar haqqında”, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında”, “Siyasi vəzifələr haqqında”, “Diplomatik xidmət haqqında”, “Azərbaycan Ordusu haqqında”, “Peşə birlikləri haqqında” yeni qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil edilib.

    Həmçinin yaz sessiyası ərzində bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

    “Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planı” parlamentin fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər