Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir istefa verdi

Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir istefa verdi Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir vəzifəsindən istefa verib.

Asiya.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə H.Müntəzir Facebookda yazdığı statusda bildirib. Statusu təqdim edirik: “5 ildir fəaliyyət göstərən Meydan TV'nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər. Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər”.

Meydan TV-nin icraçı direktoru Emin Milli isə sosial şəbəkədə yazdığı statusda Facebook səhifələrinin oğurlandığını bildirib. H.Müntəzirin statusu isə ciddi müzakirələrə səbəb olub. Bir çox dostları ona istefa verməməyi məsləhət görsə də, bir qisim sosial şəbəkə istifadəçiləri işində səhvə yol verən şəxsin istefa verməsinin gözəl örnək ola biləcəyini iddia edib. Eyni zamanda belə bir addımın şübhə yaradacağını deyənlər də H.Müntəziri qərarından daşındırmağa çalışıblar.


Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir istefa verdi

Oxşar xəbərlər