Azərbaycanda olduğu kimi, Cənubi Koreyada da toy eləmək əməlli-başlı böyük xərc tələb edir. Əsas xərclər isə toy dəvəti ilə başlayır. Belə ki, toy edəcək adam heç kimə dəvətnamə göndərə bilməz. O toya çağıacağı qonaqlarla bir- bir ayrı-ayrılıqda görüür, onları restorana dəvət edir, yemək-içmək süfrəsindən sonra onu toya çağırdığını bildirir.
Bütün tanışlar toya dəvət olunmalıdır. Bizdə olduğu kimi toya konvertin içində pul hədiyyə etmək adəti var. Toya gələn qonaq ilk öncə pul yazılan masaya yaxınlaşmalıdır. Onun toya salacağı konvert xüsusi “mühasiblər” tərəfindən açılır, sayılır və dəftərə qeyd edilir. Yalnız bundan sonra qonaq toy salonuna daxil ola bilər.
Cənubi Koreya mağazalarında tənbəllər üçün xüsusi şöbələr var. Burada doğranmış meyvə-tərəvəz və hətta üzərinə diş pastası sıxılmış diş fırçaları da satılır.
Bu ölkədə vebtunlar çox populyardır. Vebtunlar həftədə bir dəfə sosial şəbəkələrdə dərc edilən cizgi filmi qəhərmanlarının macəralarıdır. Bu macəraları kiçiklərlə yanaşı gənclər və yaşlılar da maraqla izləyirlər.
Cənubi Koreya kişiləri öz xarici görünüşlərinə çox diqqət edirlər. Burada ağ köynəyin altından hiss olunmasın deyə döş gilələrinə yapşdırmaq üçün kişilərə xas plastrlar satılır. Bundan əlavə kişilər bədənlərinin tüklərini başdan başa mütləq şəkildə təmizləyirlər.
Bu ölkədə təhsilə böyük önəm verilir. Grdüyünüz şəkil şagirdlərin gündəlik dərs və təlim cədvəlidir. Bəzən oxuyan uşaq gecə saat 1-ə qədər məşğələlərə gedə bilər. Buna görə dərsdə yatanlar, tez-tez icazə alıb üzünü yuymaq istəyənlər adi hal kimi qarşılanır. Çünki məktəb burada təhsillə yanaşı, uşaqlara fiziki güc verir. Hər sabah soyuq qış günündə buzlu suda yarım saatlıq məşğələ adi normativdir. Kitabxanalar mütləq şəkildə gecə saat 1-ə qədər açıq olmalıdır.
Cənubi Koreyalılar demək olar ki, ətraf aləmdən təcrid olunublar. Onlar Harri Potter, Titanik barədə məlumatsızdırlar. Ölkədə gənclər arasında yerli pop ulduzlar böyük populyarlığa sahibdirlər.
Metro stansiyalarında cizgi filmi qəhrəmanları mövzusunda qatarlar olur. Məsələn, “Hörümçək adam” qatarında mütləq belə geyimli personaj olur və sərnişinlərə cizgi filmi obrazlarının səsi və dili ilə müraciət edirlər.
Cənubi Koreyada sevgililərin eyni rəng və formada gyimlərdə gəzməsi ənənə halını alıb.
Bu ölkədə sevgililər günü münasibətilə açıqçalar göndərilmir, bunun əvəzinə üzərinə sevgi simvolları ilə şəkillər yapışdırlmış mandarinlər hədiyyə edilir.
Məktəblərdə rüşvət qadağan edilib. Müəllimlərə uşaqlar tərəfindən döyüş əhval-ruhiyyəsində olmaq üçün “fighting” adlanan kiçik konfetlər və kofe hədiyyə edilə bilər.
Cənubi Koreyada tullantılar çeşidlənir və bunlardan təkrar istehsal üçün istifadə olunsa da, küçələrdə zibil qablarına rast gəlmək olmur.
İlhamə Rəsulova / Bizim Yol