Milli Məclisin komitə sədri amnistiya aktının qəbul olunması üçün Prezidentə müraciət edib

Milli Məclisin komitə sədri amnistiya aktının qəbul olunması üçün Prezidentə müraciət edib “Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O xatırladıb ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verilib.

S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul olunmasını xahiş edib. O qeyd edib ki, bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, həm də Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir: “Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamış dindarlara şamil edilməlidir”.


Komitə sədri deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görə həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq”.

Oxşar xəbərlər