Bakıda hündürmərtəbəli yaşayış binası yanır - VİDEO - FOTO- Yenilənib

Bakıda hündürmərtəbəli yaşayış binası yanır - VİDEO - FOTO- Yenilənib
  • Olay

  • Bu gün Bakı şəhərinin Nərimanov rayonunda - Koroğlu Rəhimov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.

    Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 14-cü mərtəbəsində şaxtadakı elektrik qovşağında baş vermiş yanğının miqyasının artmasının qarşısı alınıb və tüstülənmə tamamilə dayandırılıb.

    Hadisə nəticəsində zərərçəkən olmayıb.

    ***

    Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Asiya.az xəbər verir ki, BakuPost-un hadisə yerində olan əməkdaşının məlumatına görə 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.
    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

    ***

    Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.

    Xəbər yenlənir

    PAYLAŞ:

    Oxşar xəbərlər