Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi
  • Sosial

  • Bakı şəhəri 220 nömrəli məktəb - liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır.

    Asiya.az xəbər verir ki, BŞTİ-dən APA-ya verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

    "Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Bakı şəhəri 220 nömrəli məktəb - liseyin direktorunun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələnin nədən qaynaqlandığına gəlincə, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır" - məlumatda deyilir.

    Qeyd edək ki, R. Rzayev aktyordur. R. Rzayev direktor müavini olan bacısı Z. Rzayevanın işdən çıxarıldığını deyərək məktəb direktorunun rüşvət yığdığını iddia edib.

    “Dolu” filminin məşhur aktyoru, Drakon rolunun ifaçısı Rza Rzayev məktəb direktorunu hədələməsindən danışıb.

    Aasiy.az xəbər verir ki, aktyor “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində bildirib ki, 220 nömrəli məktəbin direktoru Tural Mirzəyevin müəllimlərə qarşı etdiyi qeyri-etik hərəkətlərə görə bu addımı atıb: “Sözsüz ki, mən bir azərbaycanlıyam və hər kəs də bilir ki, mühafizəkar insanam. Cəmiyyətin, kişilərin borcudur ki, qadınları qorusun. Bu direktor məktəbdə bir neçə qadın müəllimləri tək-tək yanına çağıraraq, onların adının mənasını soruşub. Əgər bu adam özü dediyi kimi filoloqdursa, hamını bir yerə yığıb adlarının mənasını soruşa bilər. Ancaq o, gənc qadın müəllimləri yanına çağırıb, adının mənasını soruşur, durub kompüterdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bəzilərini çaya dəvət edir. Yəni, bir sözlə başqa məqsədlər güdürmüş. Rza Rzayev bildirib ki, direktor məktəbdə qanunsuz pul yığdırırmış: “Həmin müəllimlər mənim ailə üzvüm, ibtidai siniflər üzrə direktor müavini olan Zeynəb xanıma gəlib deyiblər ki, artıq direktorun otağına getməyəcəyik. Çünki bu bizə belə suallar verir. Zeynəb xanım bununla bağlı ona deyib ki, siz gənc adamsınız, amma biz on beş ildir burada işləyirik, etik qaydalara riayət edin. Sonra direktor mənim ailə üzvümdən hazırlıq pullarının yığılmasını tələb edib. Bildirib ki, bu, qanunidir və Bakı Şəhər Baş Təhsil İdarəsi ilə danışmışam. Ailə üzvüm həmin pulların ilk ayını yığandan sonra direktora deyib ki, baş idarəylə olan müqaviləni verin mənə. Direktor bildirib ki, belə müqavilə yoxdur, şifahidir. Zeynəb xanım bildirib ki, bu qanunsuzdur, kimdənsə pul yığa bilmərəm. Orada Gülşən adlı təsərrüfat müdiri var. Həmin pulları da o yığır. Müəllimlərin telefon danışıqları var. Həmin danışıqların səs yazısı da mövcuddur. Məktəbin 3-4 müəllimi binada təmir işləri gördürüblər. Sonradan direktorun yanına gediblər ki, demişdiniz hazırlıq pullarından sizin pulunuz veriləcək. Əgər belədirsə, hazırlıq pullarından öz pulumuzu götürürük.

    Direktor Zeynəb müəlliməni çağırıb deyib ki, sənin müəllimlərin özlərini yaxşı aparmırlar. Sonra məktəbdə başqa qanunsuz hərəkətlər baş verib. Məsələn, hansısa firma məktəbin bütün siniflərinə direktorun icazəsiylə elanlar paylayıb. Müəllimləri məcbur edib aktlaşdırıblar ki, guya Zeynəb xanım belə bir şərait yaradıb. Ancaq telefon danışıqlarında da deyilir ki, həmin izahatı onlara direktor zorla yazdırıb”.

    Tanınmış aktyorun sözlərinə görə, artıq baş verənlərlə bağlı polis bölməsinə dəvət edilib və izahat verib: “Artıq gedib izahat vermişəm, heç bir problem yoxdur. Hər bir namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur. Həmin borcumu bu günə qədər layiqli şəkildə yerinə yetirmişəm, bu gündən sonra da yerinə yetirəcəyəm. Hər bir şərəfli Azərbaycan qadını, bizim anamız və bacımızdır. Buna görə hansı qanun pozuntusuna yol vemrişəmsə, peşman deyil. Ən ağır cəzanı da almağa hazıram”. Qeyd edək ki, musavat.com saytının yaydığı görüntülərdə Rza Rzayev qohumunun işdən çıxarılmasına etiraz edir və bu qərarını dəyişməsi üçün direktora vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.

    PAYLAŞ:

    Oxşar xəbərlər