Ali Məhkəmənin hakiminin qardaşı həbs edilmədi - HÖKM

Ali Məhkəmənin hakiminin qardaşı həbs edilmədi - HÖKM Dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Asiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Mahir Kərimov 5 il 6 azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci(şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilib.

Hökmdə qeyd edilib ki, Mahir Kərimov zərərçəkənlərə dəymiş ziyanı ödəyib və aralarında barışıq əldə edilib.

Qeyd edək ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

Oxşar xəbərlər