Bakıda məktəbdə 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT- FOTOLAR

Bakıda məktəbdə 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT- FOTOLAR
  • Sosial / Manşet

  • Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb.

    Asiya.az xəbər verir ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    “Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Hazırda istintaq davam etdirilir.

    Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

    Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. Bu haqda məlumatı ilk olaraq primetime.az saytı yazıb.

    Təhsil Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. Nazirliyin açıqlamasını təqdim edirik:

    "Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.

    Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

    Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur", - deyə açıqlamada bildirilir.

    Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə müzakirə edilən məsələ cəmiyyətin qəzəbinə səbəb olub. Etika xatirinə video çarxı yayımlamırıq.


    Bakıda məktəbdə 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT- FOTOLAR
    Bakıda məktəbdə 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər