Prezidentliyə namizəd olan partiya sədri İrana çağırıldı - Ruhani ilə görüşəcək

Prezidentliyə namizəd olan partiya sədri İrana çağırıldı - Ruhani ilə görüşəcək
  • Siyasət / Manşet

  • Vətəndaş və İnkişaf Partiyasının sədri, prezidentliyə namizədliyini irəli sürən Əli Əliyev fevralın 10-da İrana səfərə gedib.

    Partiyadan BakuPost-a verilən məlumata görə, Ə.Əliyev İran hökuməti tərəfindən dəvət olunub.

    İran hökuməti İran İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün VİP sədri Əli Əliyevi Tehrana dəvət edib. Partiya sədri isə bu dəvəti müsbət dəyərləndirib. Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşünün nəzərdə tutulduğu bildirilir.

    Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu da İrana dəvət olunanlar arasındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər