Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı - SƏBƏB

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı - SƏBƏB
  • Siyasət / Manşet

  • Tofiq Yaqublu: "Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq"

    Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.

    T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

    "Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.

    T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər