“YouTube” haqqında bilmədikləriniz – Tanışlıq üçün yaratdılar, milyonlar qazandılar – ƏTRAFLI

“YouTube” haqqında bilmədikləriniz – Tanışlıq üçün yaratdılar, milyonlar qazandılar – ƏTRAFLI
  • Maraqlı / Araşdırma

  • Bir tanışlıq saytı necə fenomenə çevrildi?

    Fevralın 14-ü “Youtube” videohostinq saytının ad günüdür.

    13 il əvvəl 14 fevralda – İnternetdə video paylaşmağın fantastika kimi göründüyü bir dönəmdə “Youtube” bir tanışlıq saytı kimi yaradılıb.

    Hazırda bir ay ərzində “Youtube”da 7 milyard saat video izlənilir. Həmçinin 1 dəqiqə müddətində yüklənmiş bütün müxtəlif videoları izləmək üçün bütöv 4 günü həsr etməlisiniz. “Youtube” ən çox ziyarət edilən üçüncü veb sayt və ikinci ən böyük axtarış mühərrikidir. Bütün bu faktlar “Youtube”nin nə qədər böyük fenomen olduğunu təsdiqləyir. Bəs, bütün bunlar necə başlandı?

    “Youtube”nin yaradılmasında dolayısı yolla da olsa İlon Maskın rolu var. Bəli, bu yaxınlarda Marsa yeni raket göndərən və “Tesla” elektrikli avtomobili istehsalı şirkətinin qurucusu İlon Mask…

    “Youtube” İlon Maskın rəhbərlik etdiyi “PayPal” şirkətində işləyən 3 gənc – Steve Chen, Chad Hurley və Jawed Karim tərəfindən yaradılıb. Əslində onların məqsədi insanların öz videolarını yükləyərək yeni tanışlıqlar qurması üçün sayt yaratmaq idi.

    2005-ci ilin yanvar ayında evin qarajında qonaqlıq təşkil edib və çəkilən şəkil, videoları bir-birləri ilə paylaşmaq ehtiyacı yarandı. Videolar böyük ölçülərinə görə e-mail vasitəsilə göndərilə bilmədiyi üçün dostlar daha öncə yaratdıqları tanışlıq saytını video paylaşım saytına çevirməyə qərar verdilər.

    “Youtube” pizza mağazasının üzərindəki kiçik otaqda yaradılıb. Maliyyə sıxıntılarına görə saytın fəaliyyəti bir müddət mümkün olmayıb. İlk video isə 23 apreldə “Me in the zoo” adı ilə yayımlanıb. Həmin video bu günə qədər 45 milyon insan tərəfindən izlənilib.

    “Youtube”nin kommersiya və reklam potensiyalını anlayan ilk şirkət “Nike” olub. 2005-ci ilin sentyabrda əfsanə futbolçu Ronaldinyonun oynadığı “Nike” reklamı 1 milyondan çox izlənildi.

    2006-cı ilin oktyabrda “Youtube” “Google” tərəfindən 1.65 milyard dollara satın alınıb. Bu “Google” tarixinin ən bahalı ikinci satın alma razılaşmasıdır.

    “Youtube” və milyonlar səltənəti

    Rəhbərliyə yetəri qədər pul qazandıran “Youtube” daha sonra özü insanların gəlir yerinə çevrildi. İlk addım 2007-ci ildə “Youtube tərəfdaşılığı” proqramı ilə atılıb. Beləliklə sayt daha individual olaraq, istifadəçilərə video yükləməyə icazə verdi.

    Bundan sonra “Youtube” bir əyləncədən çox biznes obyektinə çevrildi. Dünyada yaşanan “Youtuberlik” bumu maraqlı işlər görən, gözəl səsə sahib və yaxud sadəcə fikirlərini insanlara çatdırmaq istəyənlər üçün yeni meydan oldu.

    Gənc yaşında hər il 200 milyon dollar qazanan Castin Biber “Youtube”un məşhurlaşdırdığı insanlardandır. Anası Castinin videolarına qohumları baxa bilsin deyə “YouTube”a yükləmişdi. Ancaq prodüser Skot Broun onun videolarını görərək, Castini məşhur etdi. 2017-ci ilin rəqəmlərinə əsasən, Daniel Middleton və yaxud “Youtube” istifadəçi adı ilə “TheDiamondMinecart” saytdan ən çox pul qazanan gəncdir. O, bu günə qədər 16 milyon dollardan çox gəlir əldə edib.

    Azərbaycanda “Youtuberlik” bumu yaşanmasa da, çörəyini “Youtube”dən çıxaranlar və yaxud pul qazanmaq üçün deyil sadəcə əylənmək və ya fikirlərini insanlara çatdırmaq üçün kamera qarşısına keçib “Youtube” üçün video istehsal edənlər kifayət qədərdir.

    Daimi 51 min izləyicisi olan azərbaycanlı videoblogger Səma Abıyeva “Youtube”dən qazandığı məbləği açıqlamasa da, heç də az olmadığını deyib: “Açıqlamaq da düzgün olmaz. Bir onu deyə bilərəm ki, bu işi ustalıqla edəndə kifayət qədər böyük pullar qazanmaq olur. Mən bir vaxtlar bu işdən bu gün qazandığım məbləği ağlıma belə gətirmirdim”.
    PAYLAŞ:

    Oxşar xəbərlər