Mart ayında neçə gün tətil olacaq?

Mart ayında neçə gün tətil olacaq?
  • Sosial

  • Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.

    Asiya.az xəbər verir ki, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir.

    Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

    Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

    Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

    Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər