Azərbaycanda Polis Şöbəsində intihar: kamerada özünü asdı

Azərbaycanda Polis Şöbəsində intihar: kamerada özünü asdı
  • Sosial

  • Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

    Asiya.az xəbər verir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

    Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

    Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

    Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.
    PAYLAŞ:

    Oxşar xəbərlər