Xırdalanda baş verən qətllə bağlı MƏHKƏMƏ BAŞLADI

Xırdalanda baş verən qətllə bağlı MƏHKƏMƏ BAŞLADI
  • Hadisə

  • Qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Asiya.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı fevralın 23-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri 28-ci məhəllədə, bazarın yaxınlığında baş verib.

    İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.

    Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub.

    Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

    Onu da qeyd edək ki, həbs olunan şəxslər kriminal aləmin üzvlərinə yaxınlıqları ilə seçilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər