Bakıda tapılan doğranmış qadın meyitinin KİMLİYİ BİLİNDİ

Bakıda tapılan doğranmış qadın meyitinin KİMLİYİ BİLİNDİ
  • Sosial

  • Daxili İşlər Nazirliyi Bakıda tapılmış doğranmış qadın meyiti ilə bağlı məlumat yayıb.

    Asiya.az-ın DİN mətbuat xidmətinə istinadən xəbərinə görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

    Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir.

    Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
    PAYLAŞ:

    Oxşar xəbərlər