Azərbaycanda evdən qaçan təzə gəlin tapıldı: Görün harada imiş

Azərbaycanda evdən qaçan təzə gəlin tapıldı: Görün harada imiş
  • Sosial

  • Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.

    Asiya.az report-a istinadən xəbər verir ki, rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva 11 gün ərzində harada yaşadığı məlum olub. Asiya Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb.

    11 gün əvvəl qaynatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.

    Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heçkimlə əlaqə saxlamadığını deyib.

    A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər