“Facebook”da 3D statuslar dərc etmək mümkün oldu - MÖHTƏŞƏM YENİLİK

“Facebook”da 3D statuslar dərc etmək mümkün oldu - MÖHTƏŞƏM YENİLİK
  • Sosial

  • “Facebook” sosial şəbəkəsi glTF 2.0 formatını dəstəkləməyə başlayıb.

    “İzvestiya” nəşrinin məlumatına görə, bu, istifadəçilərə özlərinin xəbər lentində 3D formatında obyektlər dərc etməyə imkan verəcək. Yenilik barədə şirkətin saytında məlumat verilib.

    “Biz bu günlərdə 3D dərclərini tətbiq etmişik. Bu, insanlara rəqəmsal obyekti hər tərəfdən görməyə və “Facebook” xəbər lentində onunla əlaqə yaratmağa imkan verəcək”, - deyə məlumatda deyilir.

    Tərtibatçılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir və onun məzmununun ekranda çıxmasına imkan verir. Bu şəkli və ya görüntünü isə mausun sol düyməsi və ya barmaqla onun üzərində saxlamaqla fırlatmaq mümkündür. (lent.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər