Prezident bəzi təqaüdləri artırdı

Prezident bəzi təqaüdləri artırdı
  • Sosial / Manşet

  • Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısı "Xalq""Əməkdar" fəxri adları üçün nəzərdə tutulan təqaüdləri artırıb.

    Sərəncama əsasən, "Xalq" fəxri adı üçün təqaüdlər 100 manatdan 150 manata, "Əməkdar" fəxri adı üçün təqaüdlər 60 manatdan 100 manata qaldırılıb.

    Sərəncam martın 1-dən qüvvəyə minəcək.

    Dövlət başçısı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləğini 300 manatdan 400 manata qaldırıb.

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

    Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər