Sosial və çox uşaqlı analara verilən müavinətlər artırıldı (SƏRƏNCAM)

Sosial və çox uşaqlı analara verilən müavinətlər artırıldı (SƏRƏNCAM)
  • Sosial / Manşet

  • Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısı "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanı ilə müəyyən edilmiş müavinətin məbləğini 2018-ci il martın 1-dən 10 faiz artırıb.

    Prezident əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə də sərəncam imzalayıb. Sərəncama əsasən sosial müavinətlərin məbləği 10 faiz artırılıb. Sərəncam martın 1-dən qüvvəyə minəcək.

    İlham Əliyev də uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılsı haqqında da sərəncam imzalayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər