Masallıda film kimi olay- Narkobaron maşınla qaçdı, polis atəş açdı

Masallıda film kimi olay- Narkobaron maşınla qaçdı, polis atəş açdı
  • Hadisə

  • Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb.

    Asiya.az bildirir ki, yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan “Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb. Bu zaman o, “VAZ 2107” və “Mercedes” markalı maşınları əzib. “Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətə hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsa da, Seyfəddin Hüseynov polislərdən yayına bilib. Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb.

    Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.

    Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər