Masallıda oğru dəstəsi zərərsizləşdirildi

Masallıda oğru dəstəsi zərərsizləşdirildi
  • Hadisə

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb.

    Asiya.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat axtarış tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıblar. Məlum olub ki, adıçəkilən şəxskər həmçinin fevralın 9-u gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, fevralın 17-də isə rayon ərazisində “Kamaz” markalı avtomaşından 2 ədəd akkumlyatoru və digər bir təmir sexindən 15 ədəd su motorlarını oğurlayıblar.

    Oğurluq əməlini davam etdirən həmin şəxslər sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha 3 Kamaz markalı avtomaşından ümumilikdə 6 ədəd akkumulyator oğurlayıblar.

    Onların ətrafında aparılan əməliyyat tədbirləri zamanı digər rayonların ərazisindən etdikləri oğurluqlar da üzə çıxıb. Fərhad Fərəcov, Xəlil İsmayılov və İsa Quliyev Cəlilabad, Neftçala və Salyan ərazisində də oğurluqlar etdiklərini etiraf ediblər. Həmin rayonların ərazisində 7 Kamazdan 14 ədəd akkumlyator oğurladıqlarını və hamısını paytaxt ərazisində satdıqlarını bildiriblər.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər