Azərbaycanda 7 oğlan maşının şüşələrini sındırıb tələbə qızı qaçırdılar- TƏFƏRRÜAT

Azərbaycanda 7 oğlan maşının şüşələrini sındırıb tələbə qızı qaçırdılar- TƏFƏRRÜAT
  • Sosial

  • Ağcabədidə 21 yaşlı qız qaçırılıb.

    Asiya.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə qız dərsdən evə qayıdarkən olub. 7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar.

    Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.

    Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmaları üçün icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

    Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir:

    "Onlar Laçın rayon sakinləridir. Rayon işğal olunandan sonra Ağcabədidə məskunlaşıblar. Ailənin 4 qızı var, ikisi ailə qurub. Çox kasıbdırlar. Ataları rəhmətə gedib. Ailə bütünlüklə analarının öhdəsindədir.

    Qızı, məktəbdən gələrkən qaçırıblar. Mindiyi maşının şüşələrini qırıq-qırıq edərək, qızı ordan çıxarıblar. Yəni belə vəhşilik ediblər. Qızı aparanlar İsmayıllı rayonunda yaşayan Laçın sakinidir. Qız da oğlanı sevmir - ən dəhşətlisi budur…”

    Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər