Paltarlardan ləkələri aparmaq üçün fərqli üsullar- istiot, soda...

Paltarlardan ləkələri aparmaq üçün fərqli üsullar- istiot, soda...
  • Maraqlı / Araşdırma

  • Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.

    Asiya.az-ın ailem.az-a istinadən sizə verəcəyi təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.

    Soda

    Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.

    Aspirin

    Aspirinin içində olan asetilsalisilik turşusu paltarlardakı ləkələri çox yaxşı çıxarır.

    Altı aspirini toz halına gətirib suda qarışdırın. Paltarlarınızı qarışımın içində 30 dəqiqə saxlayın. Son olaraq paltaryuyan maşınınızda hər zamankı kimi yuyun. Ləkələrin tamamən yox olduğunu görəcəksiniz.

    Sirkə və limon


    Sirkə ən güclü ləkələri belə çıxarır və qoxunu yox edir. Həmçinin ağ rəngli paltarların rənginin solmasının qarşısını alır.

    Bir az sirkə və bir az limon suyunu qarışdırıb paltaryuyan maşının yumşaldıcı qisminə tökün. Ağlarınız daha gözəl görünəcək və ətirli olacaq.

    Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər. Ancaq sizə təqdim etdiyimiz bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.

    Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Bəli, düz oxudunuz. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.
    PAYLAŞ:

    Oxşar xəbərlər