Mİlli Məclis prezidentin təşəbbüsü ilə hazırlanan qanunu qəbul etdi

Mİlli Məclis prezidentin təşəbbüsü ilə hazırlanan qanunu qəbul etdi
  • Siyasət / Manşet

  • Milli Məclisin bu gün keçirilən iclasında prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

    Asiya.az xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb. “Bu məsələlərdən biri 2006-ci ilə qədər olan sığiorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği 55 nmilyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.

    Xatırladaq ki, qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
    PAYLAŞ:

    Oxşar xəbərlər