“İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...

“İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...
  • Sosial / Manşet

  • Aprel döyüşlərimizdə qəhrəmancasına Şəhid olan hərbçilərimizdən biri də Silahlı Qüvvələrimizin zabiti, baş-leytenant Rəşid Rövşən oğlu Mehdiyevdir.

    Tağım komandiri Rəşid Mehdiyev aprelin 4-də Şəhid olub. Aprelin 5-də isə doğulduğu Salyan rayon Xələc kəndində böyük izdihamla dəfn edilib. Asiya.az xəbər verir ki, şəhidimizin atası Rövşən Mehdiyev Moderator.az-a açıqlamasında bildirib ki, Rəşid aprelin 1-də anasının doğum gününə gələcəkdi:

    “Rəşid uşaqlıqdan dərslərini yaxşı oxuyurdu. Riyaziyyat və fizika fənnlərini yaxşı bilirdi. İstəyirdim ki, müəllim olsun, amma bunu qəbul etmədi. Dedi ki: “Hərbçi olacam”. Onun dayısı hərbçi idi deyə, Rəşiddə də hərbiyə həvəs oradan yarandı”.

    “İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...

    Şəhidimizin atası deyib ki, Rəşid evin tək övladı idi:

    “Rəşid evin tək oğlan övladıdı: iki bacısı var. Əlbətdə evin tək oğlunun hərbçi olmasını istəməsəm də, onun fikrinə hörmətlə yanaşdım. Rəşid Heydər Əliyev adına Hərbi Akademiyanı bitirib 2013-cü ildən xidmətə başladı. Gəncədə və sonra isə Goranboyda xidmətinə davam etdi”.

    “İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...

    Şəhidimizin atası qeyd edib ki, bayram gecəsi Rəşid evdən çıxdı:

    “Martın 20-də Rəşid gecə evə gəldi. Bir gecə qalıb səhəri yola düşdü. Onda anasına dedim ki, Rəşiddən soruş, əgər fikri varsa, evlənsin. Anası deyəndən sonra Rəşid anasına dedi ki, “Aprelin 1-də gələndə bu haqda söhbət edərik”. Elə həmin gün hərbi hissəyə qayıtdı. Aprelin 4-də bizimlə danışdı. Dedi ki, hər şey yaxşıdı, torpaqlarımızı ala-ala irəliləyirik. Həmin gün qohum-əqraba ilə də danışdı. Aprelin 5-də səhər saatlarına xəbər gəldi ki, Rəşid Şəhid olub”.

    “İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...

    Şəhid atası Rəşidə görə onu hər yerdə hörmətlə qarşıladıqlarını deyib:

    “Oğlum Şəhid olub, əlbətdə bir ata kimi mənə çətindi. Amma insanların mənə qarşı münasibətini görəndə, qürur hissi keçirirəm ki, mənim belə oğlum var. Mən hamıya təşəkkür edirəm. Rəşid artıq vətənin oğludu, kim onunla bağlı nə etsə, vətən üçün edir. Allah hamınızdan razı olsun!”.

    Xatırladaq ki, baş-leytenant Rəşid Rövşən oğlu Mehdiyev 1990-cı il iyulun 26-da Salyan rayon Xələc kəndində anadan olub. Aprel döyüşləri zamanı Şəhid olan zabitimiz ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

    Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

    “İnsanların mənə qarşı münasibətini görəndə...”- Aprel Şəhidimizin atası...
    PAYLAŞ:

    Oxşar xəbərlər