Limon, duz və istiotla ağrılardan qurtulun – SADƏ ÜSUL

Limon, duz və istiotla ağrılardan qurtulun – SADƏ ÜSUL
  • Maraqlı / Araşdırma

  • Duz, istiot və limonu sadəcə salatlarda deyil, müxtəlif xəstəliklərə də şəfa vermək məqsədi ilə istifadə edə bilərsiniz.

    Sizə duz, istiot və limonun faydalı olduğu xəstəliklər barədə məlumat veririk.

    Boğaz ağrısı

    Bir stəkan təzə sıxılmış limon suyunun içərisinə yarım çay qaşığı istiot və 1 çay qaşığı dəniz duzu əlavə edin. Bu qarışımla hər gün qarqara edin. Boğaz ağrısının getdiyini görəcəksiniz.

    Tıxamış burun

    Asqıraraq burun tıxanıqlığınızı apara bilərsiniz. İstiot, darçın və zəncəfil toxumlarını bərabər miqdarda qarışdırın. Qarışımı yavaş-yavaş iyləyin. Asqırdığınızda burun tıxanıqlığınız da keçəcək.

    Mədə bulanması


    Yarım limonun üzərinə bir az istiot və duz töküb yeyin. Mədə bulanmanızın dərhal keçdiyini görəcəksiniz.

    Diş ağrısı

    Yarım çay qaşığı istiot və mixək yağını qarışdırın. Qarışımı dişinizdə ağrı olan yerə vurun. Ağrının qısa zamanda azaldığını görəcəksiniz. (ailem.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər