Bakıda türk deputatın infarkt keçirdiyi an - VİDEO

Bakıda türk deputatın infarkt keçirdiyi an - VİDEO
  • Siyasət / Manşet

  • Dünən Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputat Ekmeleddin İhsanoğlu infarkt keçirib.

    MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi paneldə çıxışı zamanıözünü pis hiss etdiyini deyərək çıxışını dayandırmalı olub.

    O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu infarkt keçirib:

    "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir. Ən az 36 saat reanimasiyada qalacaq”.

    Qeyd edək ki, "Anadolu” agentliyi deputatın forumda infarkt keçirdiyi anın görüntülərini yayıb.

    Prezident İlham Əliyev bu gün VI Qlobal Bakı Forumunun gedişində çıxış edərkən qəfildən halı pisləşən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi, türkiyəli deputat Əkmələddin İhsanoğlunu şəxsən nəzarətə götürüb.


    Asiya.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı mötəbər mənbələrə istinadən xəbər verir. Məlumata görə, ölkə rəhbərinin müvafiq göstərişlərindən sonra Baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və operativ müayinələrdən sonra tıxanmış damar açılıb, stend qoyulub. Odur ki, türkiyəli deputatın durumunun daha da kritikləşməsinin qarşısı alınıb.

    Digər məlumata əsasən deputatın həyat yoldaşı da onunla birlikdə Bakıda, Forumda olub. Həyat yoldaşı dövlətimizin başçısının həssas yanaşmasına və həkimlərin peşəkaralığına görə Forumun təşkilatçılarına minnətdarlıq edib. Bildirib ki, əgər eyni vəziyyət tədbirin gedişi zamanı yox, ondan əvvəl və ya sonra yaransaydı, fəlakətli hadisə olardı. Deputatın həyat yoldaşı Azərbaycan səhiyyəsinə yüksək etimadını da ifadə edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər