Novruz yarmarkaları – Siyahı

Novruz yarmarkaları – Siyahı
  • Sosial

  • Bu gündən Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində yarmarkalar fəaliyyət göstərəcək.

    Asiya.az xəbər verir ki, martın 20-nə qədər davam edən yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək.

    Yarmarkalar Bakı şəhəri Xətai rayonu ərazisində Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığında, Nərimanov rayonunda Keşlə bazarının ərazisi, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxasında, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanında, Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunacaq.

    Sumqayıt şəhəri üzrə isə 12-ci mikrorayon ərazisində yarmarka keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər