Masallıda 8 otaqlı ev kül oldu

Masallıda 8 otaqlı ev kül oldu
  • Olay

  • Masallı rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

    Asiya.az xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb. Yanğın zamanı kənd sakini Əcəbnisə Cəbrayıl qızı Qasımovaya məxsus 8 otaqlı, 280 kvadrat metrlik evin 160 kvadrat metrlik hissəsi içindəki əşyalar ilə birgə yanaraq kül olub.

    Evin qalan hissəsi hadisə yerinə çağırılmış yanğın bölmələri tərəfİndən söndürülüb.

    Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər