Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar

  • Sosial / Manşet

  • Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

    Asiya.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.

    Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.

    Sonra dövlət başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşüblər.

    Sonda xatirə şəkili çəkilib.

    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    Prezident və xanımı Beynəlxalq Hospitalın açılışda iştirak ediblər- Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər