Bakıda şagirdin bıçaqlanması barədə RƏSMİ MƏLUMAT

Bakıda şagirdin bıçaqlanması barədə RƏSMİ MƏLUMAT
  • Sosial

  • Dünən paytaxtın Nizami rayonundakı Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə şagirdin digər şagird tərəfindən bıçaqlanması hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, lent.az hadisə ilə bağlı məktəblə əlaqə saxlayıb. Təhsil müəssisəsindən bildirilib ki, martın 27-də məktəbdən kənarda şagirdlər arasında mübahisə yaranıb: “Tənəffüs zamanı küçədə məktəbin XI sinif şagirdi ilə X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasındakı mübahisə yaranıb. Bu zaman onları aralamaq istəyərkən başqa bir XI sinif şagirdi üz və boyun nahiyəsindən xəsarətlər alıb. Hazırda həmin şagird xəstəxanasındadır. Şagirdin sağlamlığı ilə bağlı ciddi problem yoxdur”.

    Məktəbdən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən işlə bağlı araşdırma aparılır: “Xəsarət yetirən şagird davamiyyəti zəif, məktəbdaxili nizam–intizam qaydalarına əməl etməyən şagirddir. Xəsarət alan şagird isə orta tədris göstəricilərinə malik və məktəbdaxili nizam–intizam qaydalarına əməl edən şagirdlərdəndir. Hadisədən sonra məktəb rəhbərliyi valideynlərlə müvafiq söhbət aparıb və onlara zəruri tövsiyələr verilib”
    PAYLAŞ:

    Oxşar xəbərlər