Qaqarinin ölüm səbəbi məlum oldu

Qaqarinin ölüm səbəbi məlum oldu
  • Maraqlı

  • Yer kürəsinin birinci kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub.

    Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın üzvü, texniki elmləri doktoru Sergey Mironovun sözlərinə görə, qəzaya dispetçerin səhvi, yəni yerdən verilən səhv komanda səbəb olub.

    Mütəxəssis hesab edir ki, təlimatçı Vladimir Seryoginlə birgə uçuş keçirən Yuri Qaqarin tapşırığın birini yerinə yetirdikdən sonra kursun dəyişməsi üçün icazə istəyib. Dispetçerin icazəsindən sonra Y.Qaqarinin təyyarəsi qismən aşağı enərək hədəflə toqquşub.

    Mironov qeyd edir ki, qəzanın araşdırılmasının gedişatında mütəxəssislər faciə dəqiqəsində radarı izləyən dispetçerin kimliyini müəyyən edə bilməyiblər.

    Qeyd edək ki, 1961-ci il aprelin 12-si dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər