Oqtay Əsədovdan deputatlara irad: “Deyəsən, boğazları quruyub, çay içməyə gediblər”

Oqtay Əsədovdan deputatlara irad: “Deyəsən, boğazları quruyub, çay içməyə gediblər”
  • Siyasət / Manşet

  • Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad bildirib.

    Asiya.az-ın report-a istinadən xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirə zamanı əsas kimi qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən məsələ səsvermədən keçməyib.

    Spiker buna əsəbləşərək "Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” deyib.

    Sonra yenidən səsvermə keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər