Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
  • Sosial

  • Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub.

    Asiya.az axar.az-a istinadən xəbər verir ki, o, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.

    1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

    2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.

    2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.

    Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.

    Tanınmış ginekoloq Səbinə Mirzəyeva bu gün dəfn edilib.

    S.Mirzəyevanın cənazəsi Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.

    O, dünən yüksək təzyiq nəticəsində beyninə qan sızmasından vəfat edib.

    Dəfndə həkimin həmkarları, pasiyentləri və digər tanınmış şəxslər iştirak ediblər.

    Kütləvi İnformasiya Vasitələri (KİV) ilə yaxşı münasibətləri olan ginekoloq ATV-nin zərif qəhrəmanlarından da biri olmuşdu. Belə ki, o, bir neçə ay əvvəl kanalda yayımlanan eyniadlı verilişə qonaq kimi dəvət edilib. Həyatı, ailəsi və karyerasından bəhs edən S. Mirzəyeva qalib gəldiyi çətinliklərdən və gələcək planlarından danışıb:

    “Zəhərlənib, komaya düşdüyüm üçün qəbul imtahanına gedə bilməmişdim. Həmin an mənim üçün ilk həyat sınağı olmuşdu. Komadan ayılanda pərişan vəziyyətdə idim. Ancaq bir ilimi itirsəm də, sonradan Tibb Universitetinə qəbul olundum, oxudum, bitirdim.

    Mən deyərdim ki, həkimliyə gedən yolum atamdan başlayıb. Özü də respublikada tanınmış bir həkimdir və mənə bu yolda mayak olub. 24 saat cərrahiyyə otağından çıxmadığım vaxtlar olub. Ancaq ən əsası odur ki, mən hər zaman işimdən zövq almışam.

    Qarşıma məqsəd qoydum ki, zamanla mən öndə olacam, çalışacam və bacaracam. İşə düzəldikdən bir ay sonra ailə həyatı qurdum. Hərdən düşünürəm ki, qismətimə başqa bir insan çıxsa, məni işləməyə qoymasa, bugünkü uğurumu qazana bilməzdim.

    Doğuşunu qəbul etdiyim ilk şəxs yaxın rəfiqəm olub. Yəqin mənə çox güvənirdi. O vaxtlar təcrübəsiz olduğum üçün qayınanası ilə də söz-söhbətləri yaranmışdı.

    Mən hər yeni doğulmuş körpəylə saflaşıram. Çox duyğusal hallar yaşayıram hər dəfə. Bəzən 48-72 saat klinikada, bir xəstənin başında oluruq. Bizim bayramımız yox, gəzməyimiz yox, toyumuz yox... Heç unutmuram, kiçik oğlumun əlifba bayramı idi, gedə bilməmişdim. Axşam o uşağın üzünə baxa bilmədim, rəfiqələrim də danladı. Ancaq gün gələcək, onar məni anlayacaq”.

    Verilişdə xəstələrinin sevgisinin onun üçün çox vacib olduğunu tez-tez qeyd edən mərhum ginekoloq gücü məhz onlardan aldığını bildirib:

    ““Göydə Allah, yerdə sən!” - bu sözü hər dəfə eşidirəm. Və bununla fəxr edirəm. Düşünürəm ki, məni sevən ailələrin duasının 10 faizi mənim övladlarıma çatsa, mən dünyanın ən bəxtəvər anası olaram”.

    Sözügedən verilişi təqdim edirik:



    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
    Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
    PAYLAŞ:

    Oxşar xəbərlər