Kimə göyərti yemək olmaz?

Kimə göyərti yemək olmaz?
  • Maraqlı / Araşdırma

  • Təzə göyərti çox faydalı məhsuldur. Göyərti əla vitamin, mineral və qidalı liflər mənbəyidir, bir çox xəsəliklərin qarşısını almağa və sağlamlığımızı möhkəmləndirməyə kömək edir.

    Lakin bəzi xəstəliklər zamanı təzə göyərtinin istehlakı ziyanlı ola bilər.

    Asiya.az saglamolun.az-a istinadla sizə bu xəstəliklərin siyahısını təqdim edir.

    - Qastrit və xora xəstəliyi, kolit, pankreatit (mədəaltı vəzi iltihabı) zamanı çoxlu miqdarda göyərtinin istehlakı xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

    - Öd daşı xəstəliyi, xolesestit (öd daşı iltihabı) zamanı göyərti yemək olmaz.

    - Hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkirsinizsə, çoxlu miqdarda nanə yeməyin, bu da təzyiqin daha da düşməsinə səbəb ola bilər.

    - Podaqra, böyrək daşı və böyrək iltihabları zamanı turşəng və ispanağı yemək olmaz.

    - Hamiləlik zamanı cəfərinin çoxlu miqdarda istehlakı tövsiyə edilmir ki, bu göyərti uşaqlığın sıxılmasına səbəb ola bilər.

    - Ürəyin işemik xəstəliyi, infarkt və insultdan sonra, tromboflebit zamanı çoxlu miqdarda göyərti yemək olmaz. Göyərtinin tərkibində olan K vitamini qanı qatılaşdırır ki, bu da ürək və damar problemləri olan insanlara ziyan vura bilər.

    - Ciddi qaraciyər xəstəlikləri zamanı göyərtilərin (xüsusilə yaşıl soğan və sarımsağın) istehlakı ziyanlıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər