Avtobus qəzaya düşdü, Masallı sakini öldü

Avtobus qəzaya düşdü, Masallı sakini öldü
  • Olay

  • Cəlilabadda yol qəzası olub.

    APA-nın cənub bürosunun məlumatına görə, iki avtomobilin toqquşmas nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Cəlilabad rayonunda "Qazel" markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub. Rayonun Alar kəndi ərazisində qeydə alınan qəzada həyatını itirən Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərovdur. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

    Qeyd edək ki, qəzada yaralanan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər