Prezidentdən YENİ TƏYİNAT - SƏRƏNCAM

Prezidentdən YENİ TƏYİNAT - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Vüsal Kərimlinin Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Vüsal Ağaməmməd oğlu Kərimli Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

    Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Vüsal Ağaməmməd oğlu Kərimli

    Qeyd edək ki, bu il aprelin 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılıb. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

    Xatırladaq ki, Vüsal Kərimli indiyədək Bakı Nəqliyyat Agentliyinin baş direktoru vəzifəsində çalışırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər