Milli Məclis dəyişikliyi təsdiqlədi- bu şəxslərin maaşları 10 faiz artdı

Milli Məclis dəyişikliyi təsdiqlədi- bu şəxslərin maaşları 10 faiz artdı
  • Siyasət

  • Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna deputatların maaşının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsini müzakirəyə çıxarıb.

    İclasda bildirilib ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

    Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

    Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

    Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

    Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

    Dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

    ***

    Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Bu dəyişiklik Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlıdır. Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

    Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qanuna edilən dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

    Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur. 1937-ci il təvəllüdlü E.Süleymanova 2002-ci ildən Azərbaycanın insan hüquqları üzrə müvəkkilidir, onun səlahiyyət müddəti 2017-ci ildə başa çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər