Mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00-dək davam edəcək.
Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
F.Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
Qeyd edək ki, F.Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. O uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ötən axşam vəfat edən F.Poladovun cənazəsi bu gün torpağa tapşırılacaq.(APA)