Sahil Babayev kütləvi şəkildə "təmizliyə" başladı - 20 nəfəri işdən çıxardı

Sahil Babayev kütləvi şəkildə "təmizliyə" başladı - 20 nəfəri işdən çıxardı
  • Siyasət / Manşet

  • Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib.

    Asiya.az Unikal.org-a istinadən xəbər verir ki, DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin müdiri) gətirilib.

    Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır:

    Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev

    Abşeron DSMF-nin müdiri Coşqun Qasımov

    Quba DSMF-nin müdiri Sabir Hacıyev

    Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov

    Binəqədi Məşğulluq Mərkəzinin müdiri Bağırov Güləhməd

    Laçın Məşğulluq Mərkəzinin müdiri Bəndəliyev Balay

    İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsənov Həsən

    Qax Məşğulluq Mərkəzinin müdiri Haçıyev

    Laçın Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov

    Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov

    Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev

    Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev

    Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev

    Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov

    Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib)

    Hacıqabul DSMF-nin müdiri Həsənov Xalisin isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir.

    Qeyd edək ki, bundan əvvəl yeni nazir ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər