Komitə sədri daha bir məmuru işdən çıxartdı: yeni təyinatlar

Komitə sədri daha bir məmuru işdən çıxartdı: yeni təyinatlar
  • Sosial

  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") kadr dəyişiklikləri olub.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb.

    Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

    Digər əmrlə Elman Quliyev "Qaçqınkom" Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri işləyib.

    Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılıb. Müvafiq əmrlə Namiq İbrahimov həmin şöbənin müdiri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər