Bakıda yanğın: 25 nəfər təxliyə olundu, 7 nəfər xilas edildi

Bakıda yanğın: 25 nəfər təxliyə olundu, 7 nəfər xilas edildi
  • Olay

  • Bakıda yaşayış binasında yanğın baş verib.

    Asiya.az xəbər verir ki, hadisə Yasamal rayonu, "Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, "Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər