İlham Əliyev Xorvatiyada - YENİLƏNİB

İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Asiya.az xəbər verir ki, görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.


    12:51

    Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

    Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

    Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    12:15

    Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

    Asiya.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

    Xorvatiyanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub. Prezidentlər birgə foto çəkdiriblər.


    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    İlham Əliyev Xorvatiyada - YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər